KANAL24.AZ
Az Iw En Ru

"Azərbaycan tarixi"nin yeni "silahı"

"Azərbaycan tarixi"nin yeni nəşrində əsas diqqət Azərbaycanın tarixi torpaqlarının tədqiq olunmasına yönəldiləcək.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutundan verilən məlumata görə, bunu Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Elmi Şuranın iclasında çıxış edərkən deyib.

Onun sözlərinə görə, Tarix İnstitutunun 2017-ci il üçün elmi-tədqiqat işlərinin planına əsasən, institutda 3 cildlik - "Azərbaycan tarixi", Zəngəzur tarixi, Şəki tarixi çap olunacaq: "Bizim heç kimə ərazi iddiamız yoxdur. Ancaq öz tariximizə sahib çıxırıq. Tarixi torpaqlarımızın: İrəvanın, Zəngəzurun, Göyçənin və digər tarixi ərazilərimizin keçmişini araşdırırıq".

Y.Mahmudov deyib ki, Cənubi Qafqazda erməni dövləti ilk dəfə 1918-ci ildə yaradılıb. Qeyd olunub ki, indiki Ermənistanın ərazisi 1918-ci ilə qədər Azərbaycan xalqının tarixi torpağı olub və bu ərazi "Azərbaycan tarixi"nin yeni nəşrinə daxil ediləcək.


18:03 26.01.2017
Xəbər lenti
Bütün xəbərlər