KANAL24.AZ
Az Iw En Ru

2016-cı il Tibb üzrə Nobel mükafatçısı: - "Oruc tutmaq sağlamlıqdır"

Yapon bioloq,  tibb və fiziologiya üzrə alim Yoshinori Ohsumi oruc tutmağın insan sağlamlığına müsbət təsir etdiyini elmi olaraq isbat edib. Yoshinori Ohsumi 2016-cı il Nobel Tibb Mükafatını da bu sahədəki fəaliyyətinə görə qazanıb.
 
2016-cı Nobel Tibb Mükafatına hüceyrələrin öz-özünü həzm etməsi kimi tanınan autofagiya sahəsindəki kəşflərinə görə layiq görülən Yapon alimi bu tədqiqatları ilə orucun insan sağlamlığına yaxşı təsir etdiyini elmi olaraq da sübut etmiş oldu.
 
1990-cı illərin əvvəlindən etibarən autofagiyaya məşğul olan Yapon alim Yohsinori Ohsumi Nobel mükafatı almasına səbəb olan bu işində oruc ilə uzun müddətli aclıq əsnasında beynimiz böyük bir fəaliyyət göstərərkən, sağlam hüceyrələr də digərlərini məhv edərək orqanizmin qidalanmasına davam etdiyini elmi olaraq sübut edib. Bu barədə bir araşdırma yazısı dərc etdirən alimə görə, 3 günlük orucdan sonra orqanizmin immunitet mexanizmi yeni leykosit yaranmasına təkan verərək orqanizmin immunitet sistemini tamamilə yeniləyir.
 
Bu araşdırmaya görə, 3 günlük oruc yaşlılarda da orqanizmin immunitet mexanizmini bütünlüklə yeniləyərək bədənin dincəlməsini təmin edir. Pəhriz mütəxəssisləri tərəfindən oruc pəhrizləri sıx bir şəkildə tənqid edilsə də, araşdırmaya görə, vücudu ac saxlamaq kök hüceyrələrə təkan verərək yeni leykosit istehsal edilməsinə yol açır. İmmunitet sistemləri qocalıq səbəbilə zəifləmiş və sadə xəstəliklərə qarşı da müqavimətsiz qalmış yaşlılarda da oruc faydalı olur. Aclıq bədəndəki kök kameralarındakı bir düyməni aktiv hala gətirərək orqanizmin immunitet sisteminin özünü yenilənməsini həyata keçirir.

 


06:58 25.01.2017
Xəbər lenti
Bütün xəbərlər