"Beşiktaş" Demba Banı geri qaytarmağa hazırlaşır.
"Qara qartallar" seneqallı forvardı mövsümün sonuna kimi icarəyə götürmək istəyir. 6 ay ərzində futbolçuya 1.25 milyon avro məvacib ödəniləcək. "Beşiktaş" Banı 13 milyon avroya "Shanghai Shenhua" klubuna satmışdı.