KANAL24.AZ
Az Iw En Ru

Qoyunların sayəsində tapılan 2 min yaşlı ŞƏHƏR

Türkiyənin İzmir vilayətində bir kənddə qoyun otaran çoban özü də bilmədən tarixi bir obyekti aşkarlayıb. 
38 yaşlı çoban Akif Geniş təpənin başında 2 min il bundan əvvələ aid olan kilsə qalıqlarını təsadüfən  kəşf edib. Nə qədər maraqlı olsa da, Akif Geniş arxeoloqların görə bilmədiyi bu işi qoyunların sayəsində həyata keçirib. Belə ki, təpədə otlayan qoyunlar qəfildən naməlum çuxura düşüblər. Özünü yetirən çoban bunun əslində, çox qədim zamanlara aid olan bir quyu olduğunu görüb. Daha sonra əraziyə gələn mütəxəssislər həmin quyunun yeraltı şəhərə aid olan kilsənin bir parçası olduğunu vurğulayıblar. Qoyunların sayəsində aşkara çıxarılan quyu böyük yeraltı şəhərin açarı imiş. Qədim sivilizasiyaya aid olan şəhərdə 5 min nəfərlik teatr binasının olduğu da deyilir.
 
 
Haber görseli
 
Haber görseli
 
Haber görseli

23:18 24.01.2017
Xəbər lenti
Bütün xəbərlər