KANAL24.AZ
Az Iw En Ru

Səddamın sarayı İŞİD-dən alındı - VİDEO

İraq ordusu Mosul şəhərinin şərq hissəsində yerləşən və ölkənin keçmiş lideri Səddam Hüseynin istifadə etdiyi prezident sarayını İŞİD-dən alıb.

Ağ Evdən bir neçə dəfə böyük olan sarayda süni gölməçələr və şəlalələr var.

Sarayın az qala hər yerinə Səddam Hüseynin adı yazılıb. Təhlükəsizlik gücləri ilə İŞİD arasında baş verən toqquşmalar və bombardmanlar nəticəsində sarayın böyük hissəsi zərər görüb.

İngiltərənin Müdafiə Nazirliyi 2016-cı ilin sentyabr ayında İŞİD-in xarici döyüşçülərinin təlim gördüyü sarayın əsas hədəf olduğunu açıqlamışdı.


22:59 24.01.2017
Xəbər lenti
Bütün xəbərlər