KANAL24.AZ
Az Iw En Ru

"Ramos məsləhəti öz klubunun prezidentinə versin"

"Sevilla"nın prezidenti Xose Kastro "Real Madrid"in kapitanı Serxio Ramosa cavab verib.

Kastro La Liqanın 18-ci turundan sonra ispaniyalı müdafiəçinin Əndəlus klubunun azarkeşlərinə aid fikirləri barədə bunları deyib.

"Ramos əla futbolçudur. Amma "Real"ın şərəfini qoruyur. Məsləhəti öz klubunun prezidentinə versin. "Sevilla" azarkeşlərin aqressiyasını azaltmaq üçün düşünüləndən daha ciddi mübarizə aparır. Düzdür, bəzi şeyləri düzəltmək lazımdır".


20:29 24.01.2017
Xəbər lenti
Bütün xəbərlər