KANAL24.AZ
Az Iw En Ru

Bakıda mənzildən çürümüş meyit tapılıb

Bakıda mənzildə çürümüş kişi meyiti aşkarlanıb.

Hadisə Səbail rayonunda qeydə alınıb.

Belə ki, Badamdar qəsəbəsi ərazisində mənzildən 1933-cü il təvəllüdlü Məmmədov Sabir Güləhməd oğlunun çürümüş meyiti tapılıb.

Meyit aidiyyəti üzrə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. S.Məmmədovun qohumlarının dediyinə görə, o, şəkərli diabet xəstəliyindən əziyyət çəkib.

Faktla bağlı araşdırma aparılır.


20:26 24.01.2017
Xəbər lenti
Bütün xəbərlər