KANAL24.AZ
Az Iw En Ru

Astana görüşünün uğuru - Suriya düyünü açılır, amma...

"Astanada Suriya ilə bağlı müzakirələrin ilkin nəticələrini müsbət qiymətləndirirəm. Bəli, münaqişənin nizanlanmasıyla bağlı konkret sənəd imzalanmadı. Ancaq belə bir sənədin imzalanması heç əvvəl də gözlənilmirdi".

 

 

 

 

 

Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Ekspert hesab edir ki, Suriyada yüz minlərlə insanın ölümünə səbəb olan müharibə o dərəcədə dərin köklərə malikdir ki, onu bir danışıqla yoluna qoymaq çətindir: "Həm də Suriyada iki müharibə gedir. Birinci müharibə terrorçulara qarşıdır və burada hamı, o cümlədən xarici oyunçular iştirak edirlər. İkinci isə vətəndaş müharibəsidir ki, hakim rejimlə silahlı müxalifət arasında cərəyan edir".

Politoloqun fikrincə, Astana görüşünün uğuru ondadır ki, hakim rejim silahlı müxalifətlə dialoqunu davam etdirir, atəşkəsə riayət olunmasıyla bağlı ümumi rəy var və hər iki tərəf Rusiya, Türkiyə və İranın vasitəçiliyini qəbul edir: "Əsas məqsəd bütün bu güclərin "İŞİD" və "Nüsra cəbhəsi" kimi terrorçu qruplaşmalara qarşı ümumi savaşını davam etdirməkdir. Daha sonra isə Suriyanın dövlət quruluşu, koalision hökumət və yeni seçkilər ətrafında müzakirələr aparıla bilər. Sadəcə, əsas sual budur ki, Donald Tramp administrasiyası bu prosesdə hansı rolu oynayacaq? Tehran Vaşinqtonun vasitəçilər sırasına qatılmasına əngəl olmayacaq kı? Və ya əksinə, yeni Ağ ev administrasiyası İranın iştirak etdiyi vasitəçilik formatında yer alacaqmı?"


20:23 24.01.2017
Xəbər lenti
Bütün xəbərlər