KANAL24.AZ
Az Iw En Ru

Xızıda ağır avtomobil qəzası: Ölən və yaralananlar var

Xızı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xızı-Giləzi yolunda “Mercedes” markalı avtomaşın yoldan çıxaraq aşıb. Nəticədə ümumilikdə 6 nəfər xəsarət alıb.

Xızı Rayon Polis Şöbəsindən verilən məlumata görə, iki nəfər aldığı xəsarətdən ölüb. Xəsarət alan digər şəxslər Xızı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlardan 3-nün kimliyi müəyyənləşdirilib. Bunlar Bakı şəhəri, Biləcəri qəsəbəsi sakinləri -1979-cu il təvəllüdlü Allahverdiyev Eldəniz Əlyar oğlu, 1964-cü il təvəllüdlü Nəzərov Əfqan Mirzəağa oğlu və 1992-ci il təvəllüdlü Asim Çingiz oğludur. Müvafiq tibbi yardımdan sonra həmin şəxslər Sumqayıtda yerləşən tibb müəssisələrindən birinə aparılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hadisə ilə bağlı bildirilib ki, yanvarın 23-də saat 22:00 radələrində Xızı rayonunun Giləzi qəsəbəsində Bakı şəhər sakini Bəhməniyar Məmmədqasımovun idarə etdiyi “Mercedes” markalı avtomobil aşıb. Nəticədə onun sərnişinlərindən Elçin adlı şəxs hadisə yerində ölüb, özü və 4 sərnişini xəstəxanaya yerləşdirilib. B.Məmmədqasımov isə xəstəxanada ölüb.

Faktla bağlı Xızı Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.


19:20 24.01.2017
Xəbər lenti
Bütün xəbərlər