KANAL24.AZ
Az Iw En Ru

"Real Madrid" Çempionlar Liqasının ən reytinqli klubudur

UEFA-nın saytı Çempionlar Liqasının adı ilə keçirilən turnirin tarixində (1992) ən yaxşı klubların reytinqini tərtib edib. Klublara turnirdə qazanılan qələbələrə görə 2, heç-heçəyə görə 1 xal verilməklə nəticələr hesablanıb.

Goal.az xəbər verir ki, ilk pilləni Çempionlar Liqasının 11 qat qalibi "Real Madrid" tutub. "Kral klubu"nun aktivində 319 xal var. cəmi 5 xal geri qalan "Barcelona" ikinci, "Bayern Munchen" isə 284 xalla 3-cü olub. Türkiyə klubları arasında ən yaxşı göstərici 23-cü pillədə qərarlaşan "Galatasaray"a məxsusdur. "Sarı qırmızılar"ın aktivində 80 xal var. Postsovet klublarından ən yaxşı nəticə isə Kiyev "Dinamo"suna məxsusdur. Ukrayna təmsilçisi 85 xalla 21-cidir.

1955-ci ildən etibarən nəzərə alınan ümumi reytinqdə də "Real" 550 xalla liderdir. "Bayern Munich" (429 xal) və "Barcelona" (399 xal) ilk üçlüyü qapayır. "Galatasaray" isə 152 xalla 19-cu yeri tutur.


19:17 24.01.2017
Xəbər lenti
Bütün xəbərlər