KANAL24.AZ
Az Iw En Ru

ABŞ-ı məhv edəcək raketlər döyüş növbəsinə çıxarılır – MÜHARİBƏ SİQNALI

Çin Rusiya ilə həmsərhəd Xeylunszyan əyalətində “Dongfeng-41” (DF-41) qitələrarası ballistik raketləri yerləşdirib.

Bu haqda “Global Times” qəzeti yazıb.

Daha əvvəl internetdə Xeylunszyan əyalətində yerləşdirilən raket komplekslərinin fotoşəkilləri çıxıb. Çinin “DF-41” raketləri ilə üç briqadanı döyüş növbəsinə qoymağa hazırlaşdığı təxmin edilir. Briqadalardan biri artıq Çinin mərkəzi əyaləri olan Henanın Sinyan şəhərində, ikincisi Xeylunszyan əyalətində, üçüncüsü Çinin şimal-qərbində yerləşən Sintzyan-Uyğur muxtar rayonundadır.

“DF-41” raketlərinin uçuş məsafəsi 14 min kilometrə qədər təşkil edir. Raketin 10-dan 12-yə qədər döyüş başlığı daşıdığı bildirilir. 2016-cı ilin dekabrında Çin ölkənin qərb hissəsində dəmir yolu üzərində yerləşdirilən mobil kompleksdən “DF-41” raketlərini işə salıb. Sınaqlar ABŞ-ın müdafiə naziri Eşton Karterin Cənubi Çin dənizində olan “John C Stennis” Amerika təyyarədaşıyan gəmiyə baş çəkməsi ilə eyni vaxta təsadüf edib.

Bir çox KİV hesab edir ki, Pekinin bu addımı ABŞ prezidenti Donald Trampın Çin barəsində “fitnəkar bəyanatları” ilə bağlıdır.

Qeyd edək ki, Trampın gəlişi ilə əlaqədar olaraq Vaşinqton və Pekin arasında münasibətlərin mümkün pozulması haqqında fikirlər səslənir. Yeni prezident bir neçə dəfə bildirib ki, ABŞ Çindən idxal edilən mallar üçün xüsusi rüsum tətbiq etməlidir. Bundan başqa, Tramp hesab edir ki, Pekinin Cənubi Çin dənizində böyük hərbi obyektləri tikməsi qəbuledilməzdir.


18:36 24.01.2017
Xəbər lenti
Bütün xəbərlər