KANAL24.AZ
Az Iw En Ru

Elmar Məmmədyarov Moskvada Sergey Lavrovla görüşəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya tərəfinin təşəbbüsü əsasında Moskvaya işgüzar səfərə yola düşüb. Səfər tarixi Rusiya tərəfi ilə əvvəlcədən razılaşdırılıb.

H.Hacıyev qeyd edib ki, Moskvaya səfər çərçivəsində E.Məmmədyarov Rusiya xarici işlər naziri Serqey Lavrovla görüşəcək. Görüşdə prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində aparılmış danışıqlar əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri müzakirə olunacaq.

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da 19 yanvar tarixində Moskvada səfərdə olub və Sergey Lavrovla Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesini müzakirə edib.


18:30 24.01.2017
Xəbər lenti
Bütün xəbərlər