KANAL24.AZ
Az Iw En Ru

Fabreqas Runiyə çatdı

"Chelsea"nin yarımmüdafiəçisi Sesk Fabreqas "Hull City" ilə oyunda Qari Kehilin fərqlənməsinə şərait yaratmaqla Premyer Liqanın tarixinə düşüb.
 
Goal.az xəbər verir ki, ispaniyalı futbolçu turnirdə 101-ci məhsuldar ötürməsini verib. Bununla da, Fabreqas məhsuldar ötürmələrin sayına görə 3-cü pilləyə yüksəlib və "Manchester United"in futbolçusu Runiyə çatıb.
 
Bu göstəricidə siyahıya Rayan Giqqs (162) başçılıq edir.

17:57 24.01.2017
Xəbər lenti
Bütün xəbərlər