KANAL24.AZ
Az Iw En Ru

"Formula-1"-in rəhbəri istefaya göndərilib

"Formula-1" avtomobil yarışlarının icraçı direktoru Berni Ekklstoun istefaya göndərilib.

Bu barədə jurnalistlərə B. Ekklstoun özü bildirib.

"Bu gündən mən "Formula-1"ə rəhbərlik etmirəm. Məni Çeyz Keri əvəzləyib. Məni istefaya göndərdilər. Mən sadəcə gedirəm. Bu rəsmidir. Düzdür, mənə fəxri prezident postu təklif edilib. Amma mən bunu başa düşə bilmirəm", deyə B.Ekklstoun qeyd edib.
 
Qeyd edək ki, ötən il "Formula-1" ABŞ-ın "Liberty Media" şirkəti tərəfindən 4,4 milyard dollara satın alınıb. Buna baxmayaraq, B.Ekklstounun azı 3 il ərzində postunu saxlayacağı gözlənilirdi.


06:29 24.01.2017
Xəbər lenti
Bütün xəbərlər