KANAL24.AZ
Az Iw En Ru

Prosineçki "Bursaspor"a keçidi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib - YENİLƏNİB

"Bursaspor"un vitse-prezidenti Ali Ademoğlu millimizin baş məşqçisi Robert Prosineçki ilə maraqlandıqları barədə xəbərləri təsdiqləyib. Klub rəsmisi xorvatiyalı mütəxəssislə ilkin danışıqlar apardıqlarını təsdiqləyib.

"Klub nümayəndələri Azərbaycandadırlar. Qısa zaman ərzində məsələ ilə bağlı son məlumatları bildirəcəyik. Prezidentimiz Ali Ayla birgə hazırda Ankaraya qayıdırıq. Axşam saatlarında İdarə Heyətimiz bir araya gələrək qərarı açıqlayacaq" - deyə, Ademoğlu bildirib.
 
Türkiyədən dəvət aldığını təsdiqləyən Prosineçki açıqlamasında qısa danışıb: "Təklifə hörmətlə yanaşdım, amma "Bursaspor" rəsmilərinə bildirdim ki, mərhələnin sonuna qədər Azərbaycan millisi ilə müqaviləm var. Bu səbəbdən mənim o kluba keçməyim doğru deyil".
 
Qeyd edək ki, "Bursaspor"un Prosineçki ilə 2,5 illik müqavilə imzalamaqla bağlı razılığa gəldiyi iddia edilir.

--------

 

Hamza Hamzaoğlu ilə yollarını ayıran ayıran "Bursaspor"un sürpriz bir məşqçi ilə anlaşdığı məlum olub."Hürriyet" nəşrinə istinadən xəbər veririk ki, bu Azərbaycan millisinin hazırki çalışdırıcısı Robert Prosineçkidir. Türkiyə mediasının məlumatına görə, xorvatiyalı mütəxəsis "timsahlar"la 2019-cu ilin yayına kimi müqavilə imzalayacaq. Onun yaxın günlərdə Bursaya gedəcəyi bildirilir. Prosineçki daha öncə Türkiyədə "Kayseripsor"un sükanı arxasında olub. 


05:49 24.01.2017
Xəbər lenti
Bütün xəbərlər