KANAL24.AZ
Az Iw En Ru

Arsen Venger cəzalanacaq

İngiltərə Futbol Federasiyasının İntizam Komitəsi "Arsenal"ın baş məşqçisi Arsen Vengeri cəzalandıra bilər. 

Goal.az xəbər verir ki, təcrübəli çalışdırıcı Premyer Liqanın XXII turunda "Burnley" ilə matçda etdiyi hərəkətlər səbəb olub. Belə ki, matçın baş hakimi Con Moss oyunun 90+3-cü dəqiqəsində londonluların qapısına 11 metrlik cərimə zərbəsi təyin edib və penaltiyə səbəb olan Qranit Cakanı qırmızı vərəqə ilə cəzalandırıb.

Bu qərara etiraz edən fransız çalışdırıcı referi Con Moss tərəfindən tribunaya göndərilsə də, buna əməl etməyib. O, oyunu sona qədər soyunub-geyinmə otağına gedən tuneldə izləyib.

Təcrübəli çalışdırıcı matçdan sonra verdiyi açıqlamada hakimdən üzr istəyib. Vengeri bu hərəkətinə görə 2 oyunluq cəzalanacağı gözlənilir


23:56 23.01.2017
Xəbər lenti
Bütün xəbərlər