KANAL24.AZ
Az Iw En Ru

Afrika Millətlər Kuboku Azərbaycan yığmasını irəli saldı

Afrika Millətlər Kubokunun arxada qalan oyunları yığmaların FİFA reytinqinə də təsir edəcək.

Çempionatın arxada qalan hissəsindəki görüşlər Azərbaycan millisinin də mövqeyinə təsirsiz ötüşməyəcək.

Son reytinq siyahısında ölkəmizlə şərik olan Toqo artıq komandamızdan geri düşüb. Yığmamızla eyni - 386 xala malik afrikalılar Konqo (0:0) və Mərakeşlə (1:3) matçlarda 15 xal itirib.
 
Millimiz təkcə toqoluları arxada qoymaqla kifayətlənməyəcək. Belə ki, qitə çempionatına vəsiqə qazana bilməyən Zambiya və Liviya da artıq yığmamızdan geridə olacaq. Sonuncuların xal hesabı 390-dan 366-ya, zambiyalılarınkı isə 395-dən 368-ə qədər azalacaq.

FİFA növbəti reytinq siyahısını fevralın 9-da açıqlayacaq. Həmin cədvəldə Qabonda təşkil olunan Afrika Millətlər Kuboku ilə yanaşı, digər konfederasiyaları təmsil edən yığmaların da nəticələri əksini tapacaq. Azərbaycan millisi son 3 ildə olduğu kimi, bu dəfə də hesabat dövründə heç bir matça çıxmayacaq. Amma 2013-cü il yanvarın 12-dən fevralın 9-dək olan müddətdə keçirilən yoxlama matçlarının nəticələri hesabımıza təsir edəcək. Bu 2 xal qazanmağımıza səbəb olacaq.

Qeyd edək ki, yanvar reytinqində 386 xala malik millimizin hesabında gələn ay 388 xal olacaq.


21:28 23.01.2017
Xəbər lenti
Bütün xəbərlər