KANAL24.AZ
Az Iw En Ru

"Ağıllı" saat xəstəlik barədə xəbərdarlıq edəcək

Maykl Snayderin rəhbərlik etdiyi ABŞ-ın Stenford Universitetinin alimlər qrupunun fikrincə, “ağilli” sensorlarla təchiz edilmiş qola taxılan qadcet qan təzyiqi, nəbz və dəri hərarətini izləyən ötürücülər vasitəsiylə istifadəçinin xəstəliyinin əlamətlərini əvvəlcədən aşkar etməyə qadirdir.

İki il ərzində 43 nəfər könüllü arasında sınaqdan keçirilmiş sözügedən qurğu vasitəsiylə alimlər ölçülər götürərək toplanmış məlumatları bu və ya digər hadisələrlə (səyahət, yuxu problemi, soyuqdəymə və s.) qarşılaşdırıblar. Nəticədə məlum olub ki, “ağıllı” qolbaq insan sağlamlığının ümumi vəziyyətini izləmək və ehtimal olunan patologiyaların qarşısını almaq qabiliyyətinə malikdir.

Hazırda Snayderin rəhbərlik etdiyi komanda xəstəliyi yüksək dəqiqliklə müəyyən edəcək alqoritmlərin işlənməsi ilə məşğuldur.


16:05 23.01.2017
Xəbər lenti
Bütün xəbərlər