KANAL24.AZ
Az Iw En Ru

"Tramp dostu Putinə Amerika istehsalı tozsoran bağışlayar..."

“Russkiy Monitor”un müxbiri Yekatirina Maslova politoloq Vladimir Qolışevdən müsahibə alıb. Olduqca maraqlı, ironiya ilə dolu müsahibəni Moderator.az öz oxucularına təqdim edir.
 
- Vladimir, dünyanın qorxu, Kremlinsə çox ümidlə gözlədiyi nəhayət baş verdi. Tramp ABŞ-ın 45-ci prezidenti oldu. Kremldəkilərdən indi nə gözləmək olar?
 
- Poxmellik. Həddən çox şampan şərabı içiblər. Amma, əvvəlcə “bal ayı”olacaq. Tramp “quyruğunu sallayacaq”, Kremldən ona hava öpücükləri uçacaq və məhəbbət yüksəldikcə öpüşlər aşağı yerlərinə enəcək. Ona görə ki, təşəbbüs Konqresin əlindədir və hər öpüşə yeni anti Rusiya qanun layihəsilə cavab verəcək. Yox, əgər Tramp veto hüququndan sui-istifadə etsə - kifayət edər ki, iki səsvermədən sonra onu yola salsınlar. 
 
- Vladimir, bir neçə gün əvvəl Kreml politoloqlarının birilə yazışırdım, dedi ki, Kreml ekspertlər icması arasında yüksək əhval-ruhiyyə hökm sürür: deyirlər biz bilirik ki, Tramp ağıl dəryası deyil, ölkənin yarısı kəskin şəkildə onun əleyhinə köklənib, necə ki, zamanında Ukrayna prezidenti Yanukoviçlə belə olmuşdu, amma yaxşı olanı da budur. Amerika ziddiyyətlərindən zaman qazanmağa çalışaq, bir də gördün ki, Vaşinqton Maydanı oldu. Amerika yıxılır, ”rus dünyası” canlanır. Sizcə Donald Fredoviç amerikanın Viktor Fyodoroviçi ola bilərmi?
 
- Qısa cavab yox. Əsl cavabsa: Kremldəkilərin səmavi lütf kimi ABŞ-da burulğan olacağını gözləməkləri Trampı məhv edəcək. İlk baxışdan Kremlin ümidləri məntiqi görünür. Birincisi, siyasi böhran ABŞ-ı zəiflədir, Tramp özü isə “Putinin dostu” olmağa ideal namizəddir. Berluskoni də belə birisi idi, məsələn, Sarkozi də. Təxminən belə gözləntilər. Həyatdasa tamam başqa cür olacaq. Faktiki yalnız iki ssenari var: 1) Tramp - əli-qolu bağlı “toy generalıdır” 2) impiçment. “Respublikaçı Siyasi büro”  hələ də ümidlidir ki, impiçmentdən qaçmaq olacaq. Amma, bu ümüdlər sayılı həftələrdə darmadağın ola bilər. 
Belə ya başqa cür, kapitan körpücüyündə şturvalı inamla tutan sükançının əvəzinə, respublikaçı matros kütləsi var. Kapitan rolunu təsadüfi adam oynayır. Rusiya üçün tərs olan nədir? Deyək ki, neft embarqosu, rus təyyarələrini vurmaq qərarı, bir saatın içində qəbul oluna bilər. İradi qərarla.
 
ABŞ-da siyasi böhran -  bu, hər şeydən əvvəl, qəbul olunan qərarların keyfiyyətinin kəskin düşüşü deməkdir. Sadəlövh Kremldəki Leninqradlılar fikirləşirlər ki, “ağıllı düşməndən” (Obama) can qurtarıb,  “səfeh dost” (Tramp)  əldə ediblər. Əslində onlar səhlənkarlıqdan Rusiya Fedrasiyasının başını Rusiya Federasiyasının bədənindən  ayıran  “qəzəbli Amerika”nı  qazanmaları ilə risk edirlər. Elə edərlər ki, heç xəbərləri də olmaz.
 
- Yenə də, Vaşinqtonda “maydan “olarsa?
 
- Bunlar hamısı o adamların düşüncəsidir ki, onlar üçün ABŞ-ın prezidenti elə Rusiya prezidenti kimidir, bircə ingiliscə lətifə danışır. Bir ölkədə ki, impiçment var-bu artıq çıxış yoludur, “maydan”a ehtiyac yoxdur.
 
- Amma, rus xüsusi xidmət orqanları seçkilərdə Trampın xeyrinə oyun oynadılar, nədən onlar ABŞ-da iğtişaşlar yaratmağa da cəhd etməsinlər? 
 
- Kifayətdir ki, Konqresdə və Senatda bu nəticəyə gəlsinlər ki, impiçment başqa zərərlərdən ən yaxşısıdır və.. ABŞ-ın prezidenti Mayk Pens olur.
 
- Kremldə belə variantı görürlər?
 
- Mənə elə gəlir ki, “impiçment” sözünü orda rusca belə başa düşürlər “o şey, ola bilməz”
 
- Yeri gəlmişkən, inauqurasiyadan hansı təəssüratlarınız var?
 
- Tramp öz tərəfdarları üçün növbəti seçkiqabağı mitinqini keçirdi. Qırmızı beysbol geyimindəki vətəndaşlar yaşamağın qorxunc olduğu “çürüyən Amerika” haqqında sevimli mahnılarını eşitdilər və bir də ki, milyarder Tramp milyarder Tillersonla yoxsul amerikalıları o qədər sevirlər ki, yemək belə yeyə bilmirlər. Sanki, Trampın nitqinin mətnini hazırlayanlar (spiçrayter) özlərinə əziyyət vermədən, ona keçən ilki seçkiqabağı şparqalkaları soxuşdurublar. Onun da cəmi üç nəqarəti var. Məhz onları da öz gülməli “inauqurasiya nitqində” təkrarladı. Saltıkov – Şedrinin Qlupovlu şəhər rəisinin “orqançik”i kimi ( Saltıkov Şedrinin “Bir şəhərin tarixi “əsərindən eyni sözü təkrar edən şəhər rəisi və onun başında quraşdırılmış avtomatik musiqi aləti nəzərdə tutulur - tərc.) 
 
- Yeri gəlmişkən, putinçilər gileylənirlər ki, Tramp Rusiya və Putin haqqında heç nə demədi, heç olmasa köməyə görə minnətdarlıq bildirərdi.
 
- Mən də mütəəssir olmuşam. Bu gilənarlar tortun üstündə çatmırdı. Deyə bilərdi ki, dünyada ən yaxşı fahişələr Rusiyadadı, dünyada ən yaxşı ......( mətndə bu söz ingilis dilində deyilsə belə, etika baxımından yazmağı uyğun bilmədik). Niyə də yox?
 
- Siz onunla başladınız ki, deyirlər ABŞ-da burulğan olarsa Moskva məhv olar?
 
- Təkcə ABŞ-da yox. Avropada da. Kremlin ehtiyyatlanmasının ilk səbəbi, Trampın qələbəsini bayram etdikləri kimi, Breksit oldu. Hesab etdilər ki, Avropa Birliyinin rəhbərliyi ilə Obama administrasiyasının tandemi Rusiya üçün pis variantdır. Xaos isə nərə balığı tutmaq üçün lazım olan bulanıq sudur. Əslində isə əksinədir. Xaos – o deməkdir ki, gil ayaqlara ölümcül zərbəni gözləmədiyin yerdən ala bilərsən. Bir dəfə Nyu-York meri Blumberq “Uol-Striti işğal et” hərəkatının iştirakçıları ilə danışığa gedir. Özünü itirmiş vəziyyətdə geri qayıdır: “Onların liderləri yoxdur. Məsələni həll etməyə adam yoxdur”. Kremlin bütün rütubətli arzuları gerçəkləşsə, bu cür oxşar situasiyaya düşəcək. Qoca menecerin dodağını göyərənədək sormaq olar və əvəzində Konqresdən yeni sanksiyalar alarsan. Hamamda Fiyonla və ya Marin Le Penlə buğ qəbul edə bilərsən və bununla da Böyük Britaniya ilə problemlərini dərinləşdirmiş olursan, axı orda “təmiz oğurlanmış” pullar gizlədilib və penthauslu mülklər var.
 
- Bəs Rusiyanın hansı sahələrində xaos yarana bilər?
 
- Büdcə sferasında. Onsuz da çoxdan yaranıb. Seçinin (Rosneftin başçısı) əl-ayağa düşməsindən hiss olunur ki, ehtiyyatlar rekord müddətə tükənəcək. Bu o deməkdir ki, Moskva regionlara deyəcək ki, kimə borcluyamsa, hamını bağışlayıram. Yerlərdə də qaçmağa hazırlıq görüləcək.
 
- Deyirlər, Mərkəzi Klinik Xəstəxanada Putin üçün xüsusi korpus tikirlər.
 
- Eşitmişəm. Gizli deyil ki, o əbədi yaşamaq istəyir. İndiyədək bu “Əbədi cuhuda” (Aqasfer nəzərdə tutulur, əfsanəyə görə bu personaj Yer üzündə əsrdən əsrə keçərək, Xristosun gəlişinədək yaşayacaq)) nəsib olub. Bəlkə, Putin ikinci olacaq. Baxaq görək.
 
- Hansı “qaçış” birinci  ola bilər Rusiya Federasiyasında? Kenisberq, Yekaterinburq, Qafqaz?
 
- Tatarstan. Artıq orda başlanıb.
 
- Başlanıb?
 
- Tatarstan prezidenti büdcə münasibətlərinin indiki formatına qarşı açıq çıxış etdi. Baş nazir ona tərəf nəsə çızqırtdı, amma hökümət başçısının nüfuzu bilirsiniz ki, Rusiyada  Seçinin nüfuzunun heç  0,1 faizi də deyil. Onu da yada salım ki, anti Türkiyə  isteriyasının qızğın olduğu bir zamanda Tatarıstan prezidenti bildirdi ki, onun regionu müstəqil xarici siyasət aparacaq. Sonra Moskva heç səsini də çıxarmadı, amma qorxulusu qabaqdadır.
 
- Məsələn.
 
- “Boş qazanların qiyamı”
 
- Əgər Siz deyən kimi olsa, Donald dostu Vladimirə kömək edərmi?
 
- Mütləq! Berluskonini bir vaxtlar ictimai işlər görməyə məhkum etmişdilər və o küçə süpürürdü. Tramp da belə vəziyyətdə dostu Vladimirə Amerika istehsalı  tozsoran bağışlayar. Zarafat deyil, Amerikaya qalib gəliblər. Krım da bizimdir, Vaşinqton da..

15:53 23.01.2017
Xəbər lenti
Bütün xəbərlər