Kamerunda hərbi helikopter qəzaya uğrayıb.
"RİA Novosti"nin verdiyi məlumata görə, qəza nəticəsində 6 nəfər həlak olub.
Xəbərdə deyilir ki, qəza Kamerun və Nigeriya sərhədində baş verib. Ölənlərin arasında 1 general və 3 vəzifəli şəxs olub.
Qəzanın səbəbi hələlik məlum deyil.