KANAL24.AZ
Az Iw En Ru

Sankt-Peterburq bazasında azərbaycanlı bıçaqlanıb

Sankt-Peterburq polisi şəhərin Frunzen rayonu ərazisində baş verən bıçaqlanma hadisəsi ilə bağlı araşdırma aparır.

Yanvarın 21-də rayonun Sofiyski meyvə-tərəvəz bazasında Azərbaycandan olan şəxsə ciddi bıçaq xəsarətləri yetirilib.

Qan içində olan 1978-ci il təvəllüdlü azərbaycanlını yoldan keçənlər görüblər və hadisə yerinə “təcili yardım” çağırılıb. Yaralı gecə saatlarında şok vəziyyətində Canelidze adına Elmi-Tədqiqat İnstitutuna çatdırılıb. Həkimlər miqrantın baş, boyun, döş və ayaq nahiyələrində kəsik yerləri aşkar ediblər. Mütəxəssislərin fikrincə, yaralının vəziyyəti ağırdır.

Faktla bağlı cinayət işi qaldırılıb, istintaq gedir.


22:11 22.01.2017
Xəbər lenti
Bütün xəbərlər