KANAL24.AZ
Az Iw En Ru

Tovuzda oğurluq edən şəxs tutuldu

Tovuzda oğurluq edən şəxs tutulub.

Tovuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 19-da Vahidli kəndində Abdullayev Nusrət Şamil oğluna məxsus evdən 1100 manat pul oğurlamaqda şübhəli bilinən kənd sakini Zakir Aşırov tutulub.

Hadisə ilə bağlı Azərbaycan Respublikasının cinayət məcəlləsinin 177-ci maddəsi ilə Tovuz rayon Polis söbəsi tərəfindən cinayət işi açılıb. Oğurluq edənin başqa cinayətdə əli olub olmadığı araşdırılır.


04:35 22.01.2017
Xəbər lenti
Bütün xəbərlər