KANAL24.AZ
Az Iw En Ru

Acı bibər yeyənlər daha çox yaşayır

ABŞ-ın Vermont Universitetinin alimlərinin apardıqları elmi sınaqlar nəticəsində acı bibərin insan ömrünü uzatdığı məlum olub. 
Xüsusən də, dietada olan insanlar acı bibərdən mütəmadi yararlandıqda digərlərinə nisbətən ömürlərini 13 faiz uzatmış olurlar.
 
“POLOS one” jurnalında yayımlanan araşdırmada sınağın 23 yaşdan yuxarı 16000 insan üzərində aparıldığı qeyd olunur. Məlum olub ki, acı qırmızı bibərdən istifadə edən insanların ölüm riski 21,6, digərlərininki isə 33,6 faizə bərabərdir. Həmçinin,  acı bibərdən istifadə edənlərin ürək və iflic xəstəliklərinə yaxalanmaq ehtimalı çox aşağıdır.

04:07 22.01.2017
Xəbər lenti
Bütün xəbərlər