KANAL24.AZ
Az Iw En Ru

Vətəndaş mənzilində halsız vəziyyətdə aşkar olunub

Bakıda vətəndaş mənzilində halsız vəziyyətdə aşkar olunub.

Kanal24 Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə binanın damından enərək eyvandan daxil olublar. Mənzilə baxış keçirilərkən vətəndaş yıxılmış və halsız vəziyyətdə aşkar olunub və aidiyyəti üzrə təhvil verilib.


05:00 13.10.2014
Xəbər lenti
Bütün xəbərlər