KANAL24.AZ
Az Iw En Ru

36 yaşlı kişini evinin qarşısında döydülər

Gəncə şəhər sakini evinin qarşısında döyülüb. Gəncə şəhər Nəriman Nərimanov prospekti, ev 246 ünvanında yaşayan 1981-ci il təvəllüdlü İlqar İbrahimov qapalı kəllə beyin travması ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Yaxınlarının dediyinə görə, ötən gün İ. İbrahimov bir neçə nəfər tərəfindən yaşadığı evin qarşısında döyülüb. Bu gün halı pisləşdiyi üçün onu xəstəxanaya çatdırıblar. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
04:22 21.01.2017
Xəbər lenti
Bütün xəbərlər