KANAL24.AZ
Az Iw En Ru

Ronaldu Çinə gedir - 300 milyonluq TƏKLİF

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu kareyrasını Çində davam etdirəcək. "Don Balon" jurnalı xəbər verir ki, klubun prezidenti Florentina Peres buna eyham vurub. Onun sözlərinə 31 yaşlı hücumçu buna 2018/2019 mövsümündə nail olacaq. Madrid təmsilçisi ötən ilin noyabrında portuqaliyalı futbolçu ilə müqavilə müddətini 2021-ci ilədək artırsa da, onun satışından əldə olunacaq məbləğ kluba böyük xeyir verəcək. Bir müddət əvvəl Çin klubu Ronaldu üçün 300 milyon avro təklif edib. Qeyd edək ki, Ronaldu 2009-cu ildən "Real Madrid"də çıxış edir.
19:49 20.01.2017
Xəbər lenti
Bütün xəbərlər