KANAL24.AZ
Az Iw En Ru

ABŞ-ın 4 keçmiş prezidenti Trampın inauqurasiyasına gələcək

ABŞ-ın yeni prezidenti Donald Trampın inauqurasiyasında bu ölkəyə keçmişdə rəhbərlik edən 5 nəfərdən 4-ü iştirak edəcək.

Onlar 39-cu prezident Cimmi Karter, 42-ci prezident Bill Klinton, eləcə də oğul Corc Buş və Barak Obamadır. Ata Corc Buş səhhətindəki problem səbəbindən mərasimdə iştirak edə bilməyəcək. İnauqurasiyda Donald Trampın Demokratlar Partiyasından olan rəqibi Hillari Klinton da iştirak edəcək. Məlumata görə, musiqiçilərin hamısı inauqurasiyaya qatılmaq istəməyiblər.

 Elton Con və Selin Dionun dəvət olunmalarına baxmayaraq, iştirakdan imtina etdikləri bildiriir. Buna qədər Vaşinqtona milyona yaxın adamın gələcəyinin gözlənildiyi haqda məlumat yayılıb. Ona görə də paytaxtda fövqəladə təhlükəsizlik tədbirləri görülüb.

 


18:22 20.01.2017
Xəbər lenti
Bütün xəbərlər