KANAL24.AZ
Az Iw En Ru

İŞİD məşhur blogeri axtarır

"İslam dövləti" terror təşkilatı məşhur rusiyalı YouTube-blogeri İlya Meddisonu Quranı təhqir etdiyinə görə cəzalandıracağını bildirib.

Bu barədə ekstremistlərin "Д///ИХАД" adlı Twitter hesabında məlumat yerləşdirilib.

Sosial şəbəkə istifadəçilərinin diqqətini blogerin Quran və ayaqyolu ilə bağlı zarafatı çəkib. 

İŞİD terrorçuları qeyd edirlər ki, Meddison ya Moskvada, ya da Sankt-Peterburqda yaşayır. 

Yaraqlılar müqəddəs kitabı lağa qoyduğu üçün ondan intiqam almağın vacib olduğunu qeyd edirlər. 

İlya Meddison (əsl adı İlya Davıdov) məşhur rusiyalı aparıcı və blogerdir. 2009-cu ildə "Runetin qəhrəmanı" mükafatına layiq görülüb. TNT və MTV kimi telekanallarda işləyib.


18:20 20.01.2017
Xəbər lenti
Bütün xəbərlər