KANAL24.AZ
Az Iw En Ru

Avstraliyada naməlum şəxs avtomobili piyadaların üzərinə sürüb: 3 ölü, 20 yaralı - YENİLƏNİB

Avstraliyanın Melburn şəhərində sürücü avtomobili piyadaların ustünə bilərəkdən sürüb, lakin hadisə terrorizmlə bağlı deyil.

"Frans Press"in  verdiyi məlumata görə, bunu Viktoriya ştatının polis başçısı Beytson Stüart deyib.

O əlavə edib ki, sürücü həbs edilib və hazırda şəhərdə ictimai təhlükəsizlik nəzarət altındadır.

-----------

08:46

Melburnun mərkəzində baş verən hadisə nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb.

Bu barədə "RİA Novosti" xəbər verir.

---------

08:27

Avstraliyanın Melburn şəhərində naməlum şəxs avtomobili piyadaların üzərinə sürüb.

"TASS"ın verdiyi məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 20 nəfər xəsarət alıb, cinayətkar saxlanılıb.

Şəhərin mərkəzi küçələrindən biri polis tərəfindən mühasirə altında qalır.

Şahidlər bildirirlər ki, cinayətkar saxlanılarkən polis əməkdaşlarına atəş açıb.


16:44 20.01.2017
Xəbər lenti
Bütün xəbərlər