KANAL24.AZ
Az Iw En Ru

Lavrovla Nalbandyan Qarabağı müzakirə etdi

Rusiya və Ermənistan XİN rəhbərləri Sergey Lavrov və Edvard Nalbandyan Moskvada keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.

Bu barədə Ermənistan XİN mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, Lavrov və Nalbandyan Vyana və Sankt-Peterburq sammitlərində əldə olunan razılaşmaların reallaşdırılması məsələlərini müzakirə ediblər.

“Tərəflər Rusiya-Ermənistan müttəfiq münasibətlərinə dair məsələləri, iki ölkə rəhbərləri arasında əldə olunan razılaşmaların reallaşdırılmasını müzakirə ediblər. Lavrov və Nalbandyan Ermənistan baş naziri Karen Karapetyanın yanvarın 24-nə Moskvaya planlaşdırılmış səfərinin hazırlıq məsələlərinə toxunublar”, - deyə məlumatda bildirilir.

Tərəflər həmçinin aktual regional və beynəlxalq problemləri müzakirə ediblər.


16:14 20.01.2017
Xəbər lenti
Bütün xəbərlər