KANAL24.AZ
Az Iw En Ru

Moskvada atışma - 2 polis əməkdaşı yaralandı

Moskvada naməlum şəxs travmatik tapançadan atəş açaraq iki polis əməkdaşını yaralayıb. “RİA Novosti”yə istinadən xəbər veririk ki, insident oğurluqda şübhəli bilinən şəxsin polis əməkdaşları tərəfindən saxlanılması zamanı baş verib. Şübhəli şəxs sərt müqavimət göstərərək, asayiş keşikçilərinə atəş açıb və hadisə yerindən qaçıb. Onun müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat davam etdirilir.
06:50 20.01.2017
Xəbər lenti
Bütün xəbərlər