KANAL24.AZ
Az Iw En Ru

Pəltəkliyin səbəbləri nələrdir?

Ağız və diş quruluşundakı hər hansı bir problem pəltəklik üçün zəmin yaradır. Ön dişlərin olmaması pəltəkliyin sәbәblәrinin ən bariz nümunәsidir.

Qurd-ağız xəstəliyi də bu problemi yarada bilər. Sonradan ortaya çıxan pəltəklik parkinson xəstəliyinә görә yarana bilər.
 
Pəltəkliyin düzəlməsi üçün dilinizi yerləşdirməyinizə diqqət edin. Pəltəklik çox zaman dildəki qüsurlardan qaynaqlandığından, danışarkən dilinizin mövqeyinin necə olduğunu düşünün. Udqunanda diliniz qarşı dişləriniz arxasına dirənirsə, yəqin ki, danışarkən də dilinizi bu şəkildə yerləşdirirsiniz, bu da pəltəkliyə səbəb olur. Dilinizi damaq və ya ağzınızın alt hissəsinə yatıraraq udmağı təcrübədәn keçirin. Buni tətbiq etməklә, danışarkən dilinizin mövqeyi ilə bağlı daha diqqətli olmağınızı təmin edir.
 
Pəltəklik zamanı düzgün danışmağın yeganə yolu yeni nitq vərdişləri yaratmaq üçün məşq etməkdir. Məsələn, bu məşqlərdən biri dişlərinizi sıxıb, dişlərini göstərərək gülümsəyib dişləriniz arasından hava verməkdir. Bu məşqlər dili arxaya itələyər və pəltəkliyi nəzarət altına almaq üçün danışarkən dilin hansı mövqedə olması lazım olduğunu öyrədər.
 
Pəltəkliyi müalicə etmək üçün loqoped ilə mәslәhәtlәşin.


05:42 20.01.2017
Xəbər lenti
Bütün xəbərlər