KANAL24.AZ
Az Iw En Ru

Millət vəkili özünü kürsüyə qandalladı - FOTO/VİDEO

Türkiyə Böyük Millət Məclisində Konstitusiyaya dəyişikliklər üzrə qanun layihəsinin müzakirələri zamanı maraqlı bir hadisə baş verib.

Türkiyə mediası xəbər verir ki, keçmiş CHP-li, müstəqil millət vəkili Aylin Nazlıaka özünü kürsüyə qandallayıb.

Hadisə həbsdə olan millət vəkillərinin səsvermədə iştirak edib-etməyəcəyi barədə mübahisələr zamanı baş verib.

Nazlıaka aksiyanı davam etdirdiyi üçün müzakirələrdə 10 və 45 dəqiqə olmaqla iki dəfə fasilə yaranıb. Hazırda millət vəkilinin aksiyası davam edir.


04:36 20.01.2017
Xəbər lenti
Bütün xəbərlər