KANAL24.AZ
Az Iw En Ru

Baş həkimdən ana və körpəsinin ölümü ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

Ağcabədi rayonunda ana və körpəsi dünyasını dəyişib. Bu barədə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Azad Hüseynov bildirib. Onun sözlərinə görə, Rəncbərlər kənd sakini, 1985-ci il təvəllüdlü Qaraşova Təzəgül Əliş qızı kəskin böyrək çatışmazlığı və preklampsiya diaqnozu ilə xəstəxanaya gətirilib. "Biz Sabirabad Perinatal Mərkəzi ilə əlaqə saxladıq. Oradan bildirildi ki, xəstəni mərkəzə ağır vəziyyətdə gətirsək, yolda vəziyyəti pisləşə bilər. Bu səbəbdən xəstə təcili əməliyyata alındı. Qeysəriyyə əməliyyatından sonra uşaq Sabirabad Perinatal Mərkəzinə göndərildi, amma orada dünyasını dəyişdi. Ana isə əməliyyatdan 6 gün sonra rəhmətə getdi". A.Hüseynovun sözlərinə görə, əməliyyatdan sonra ana sidiyə gedə bilmədiyindən vəziyyəti ağırlaşıb: "Bakıdan həkimlər çağırdıq. 6 gün reanimatoloji tədbirlər görüldü. Ancaq nəticəsi olmadı. Ananın bundan əvvəl iki dəfə hamiləliyində düşük olub. Onlar da böyrək problemi ilə bağlı olub. Hamiləlik zamanı ana müayinəyə mütəmadi getməyib. Dəfələrlə həkimlər evə gəlib, müraciət etsə də, müayinələrdən vaxtlı-vaxtında keçməyib".(azvision.az)
20:13 19.01.2017
Xəbər lenti
Bütün xəbərlər