Tehranda 17 mərtəbəli ticarət mərkəzində yanğın baş verib.
Yanğının söndürülməsi üçün cəlb olunmuş yanğınsöndürənlər hadisə yerində olarkən bina uçub. İlkin məlumatlara görə, həmin an binada 30-a yaxın adam olub.
Ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar dərhal təxliyyə aparılmasına baxmayaraq, 200-ə yaxın adamın xəsarət aldığı bildirilir.