Qarabağ separatçıları 20 fevralda referendum keçirir
Dağlıq Qarabağ separatçıları fevralın 20-də referendum keçirəcək.
Ermənistan KİV-i xəbər verir ki, bu barədə qondarma rejimin lideri Bako Saakyan “sərəncam” imzalayıb. Referendum “prezident səlahiyyətləri”nin artırılmasını nəzərdə tutur.