KANAL24.AZ
Az Iw En Ru

Seneqal Qambiyaya qoşun yeritməyə hazırlaşır

Seneqal ordusu Qambiya prezident Yəhya Camme istefaya getməzsə, bu ölkənin ərazisinə girməyə hazır olduğunu bəyan edib.

Ordu artıq iki ölkənin sərhədinə çıxarılıb.

“Biz hazırıq və gecəyarısına qədər gözləyəcəyik. Əgər məsələ siyasi yolla öz həllini tapmazsa, müdaxilə edəcəyik”, - deyə “Reuters” Seneqal ordusu nümayəndəsinin sözlərini sitat gətirib.

Yəhya Camme Qambiyada keçirilən prezident seçkilərini Endryu Berrouya uduzsa da, səlahiyyətlərini təhvil verməkdən imtina edib. Berrou isə Seneqala sığınaraq, ondan postunu tərk etməyini tələb edir.


19:04 19.01.2017
Xəbər lenti
Bütün xəbərlər