KANAL24.AZ
Az Iw En Ru

Malidə matəm elan olundu-TERRORA görə

Mali prezidenti İbrahim Bubakar Keyta ölkədə törədilən və təxminən 60 nəfərin həyatına son qoyan terror aktı ilə əlaqədar üçgünlük matəm elan edib.

RİA “Novosti”nin verdiyi xəbərə görə, Keyta bu barədə faciə ilə əlaqədar xüsusi televiziya müraciətində bəyan edib.

Xatırladaq ki, ötən gün Malinin şimal-şərqində yerləşən Qaodakı hərbi düşərgə ərazisində minalanmış avtomobil partladılıb. Nəticədə ən azı 60 nəfər, eləcə də beş kamikadze ölüb. Ölkə Silahlı Qüvvələrinin nümayəndəsi Diarran Kone 115 nəfərin zərər çəkdiyini bildirib.

“Əl-Qaidə” terror şəbəkəsi ilə əlaqəli “əl-Murabitun” qruplaşması sözügedən terror aktı ilə bağlı məsuliyyəti üzərinə götürüb.


18:31 19.01.2017
Xəbər lenti
Bütün xəbərlər