KANAL24.AZ
Az Iw En Ru

Dünya İqtisadi Forumu: Ermənistan qonşularından xeyli geri qalır

Ermənistan inkişaf etməkdə olan 79 ölkə arasında məşğulluq, əməkhaqqı, yaşayış səviyyəsi və sosial inteqrasiya baxımından heç də yüksək yerə sahib deyil.

Bu barədə Dünya İqtisadi Forumunun yeni məruzəsində bildirilir.

Forumun "Hərtərəfli artım və inkişaf haqqında məruzə - 2017" adlı araşdırmasında 109 ölkənin hərtərəfli inkişaf üzrə göstəriciləri qeyd olunur. Onlardan 30-u inkişaf etmiş, 79-u isə inkişaf etməkdə olan ölkədir.

Ermənistan reytinqdə 50-ci yeri tutmaqla qonşularından xeyli geri qalır - Azərbaycan (2-ci yer), Türkiyə (20-ci yer), İran (21-ci yer) və Gürcüstan (31-ci yer). Rusiya isə reytinqdə 13-cü sıradadır.

Adambaşına düşən ÜDM-in göstəricisinə görə də Ermənistan Türkiyə, Azərbaycan, İran və Gürcüstandan geri qalır - 40-cı yer.

Ümumilikdə, inkişaf etməkdə olan ölkələrin reytinqində ilk üç yeri müvafiq olaraq Litva, Azərbaycan və Macarıstan tutur.


18:06 19.01.2017
Xəbər lenti
Bütün xəbərlər