KANAL24.AZ
Az Iw En Ru

"Boavista" Kamran Ağayevə görə etiraz etdi

"Boavista" klubu Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevin Portuqaliya Futbol Federasiyasının İntizam Şurası tərəfindən 3 oyunluq cəzalandırılması ilə əlaqədar bəyanat yayıb.

Goal.az xəbər verir ki, klub cəzanın həddən artıq olduğunu vurğulayıb:

"Kimsə bu yolla edəcəyi haqsızlığın bizə təsir göstərəcəyini və susacağımızı düşünürsə, yanılır. Biz öz müstəqil və çətin yolumuza davam edəcəyik. Etiraf etməliyik ki, oyunçumuza verilən cəza həmin epizoda baxanda adekvat deyil. Amma, xüsusən daha ağır cəzaların verildiyi halları görərək, cəzanın miqyası ilə razılaşmalıyıq".

Xatırladaq ki, Kamran Ağayev Portuqaliya çempionatında 3:3 hesabı ilə nəticələnən XVII tur qarşılaşmasının bitəndən sonra "Benfica" futbolçuları ilə münaqişəyə girib. Birbaşa qırmızı vərəqə alan azərbaycanlı qapıçı 3 oyunluq cəza və 1530 manat cərimələnib.


17:03 19.01.2017
Xəbər lenti
Bütün xəbərlər