KANAL24.AZ
Az Iw En Ru

İsveçrədə Türkiyə baş konsulluğuna hücum

Türkiyənin Sürix şəhərindəki baş konsulluğu naməlum şəxslər tərəfindən hücuma məruz qalıb.

Bu barədə Sürix şəhər polisinin rəsmi saytı xəbər verib.

Naməlum şəxslər diplomatik missiyanı fişənglərdən atəşə tutub. Nəticədə binanın fasadına ziyan dəyib, şüşələri qırılıb.

İnsident nəticəsində zərərçəkən olmayıb. Hadisənin kim tərəfindən törədildiyi məlum deyil. Polis faktla bağlı araşdırma aparır.


16:09 19.01.2017
Xəbər lenti
Bütün xəbərlər