KANAL24.AZ
Az Iw En Ru

Prezident oğlu vəfat etdi

Qambiyanın yeni seçilmiş prezidenti Adəm Barrounun 8 yaşlı oğlu it dişləməsindən sonra vəfat edib.

Həbibu Barrou adlı uşaq bazar günü Qambiyanın paytaxtı Banjul yaxınlığında yerləşən Mancai xəstəxanasına aparılarkən yolda keçinib.

A.Barrou oğlunun dəfninə gələ bilməyib. Çünki ona təhlükəsizlik məqsədi ilə cümə axşamı andiçmə mərasiminin keçiriləcəyi Seneqalda qalmaq tövsiyə olunub.

O, seçkiləri ötən il qazanıb. Lakin ölkənin hazırkı prezidenti Yəhya Camme onun qələbəsini tanımayıb.


15:35 17.01.2017
Xəbər lenti
Bütün xəbərlər