KANAL24.AZ
Az Iw En Ru

Ayda olan sonuncu insan vəfat edib

Amerikalı astronavt Yucin Sernan 83 yaşında vəfat edib.

“RİA Novosti” xəbər verir ki, bu barədə NASA-nın tvitter hesabında məlumat yayılıb.

Astonavt kosmosda üç dəfə olub. 1966-cı ildə, o, “Djemini-9” gəmisinin ikinci pilotu olub, 1969-cu ildə “Apollon-10” idarə edib və 1973-cü ildə isə “Apollon-17” missiyasının rəhbəri olub.

Qeyd edək ki, Yucin Ayın səthində olan sonuncu insan olub.


15:12 17.01.2017
Xəbər lenti
Bütün xəbərlər