KANAL24.AZ
Az Iw En Ru

Moskvadan yeni “soyuq müharibə” xəbərdarlığı: “Dağıdıcı nəticələr...”

ABŞ Avropada silahlı qüvvələrini inkişaf etdirərək yeni qızğın silahlanmaya təşəbbüs edir və “soyuq müharibə” dövründəki qarşıdurma modelini tətbiq edir.

“İnterfaks” agentliyinə istinadən xəbər veririk ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, söhbət Avropada Amerika gücləri və hərbi texnikasının uzunmüddətli yerləşdirilməsindən gedir. Rusiyalı diplomat bildirib ki, Avropada ABŞ raket hücumundan müdafiə potensialının gücləndirilməsi və nüvə silahının müasirləşdirilməsi Avropa və qlobal təhlükəsizliyə ən böyük təhlükədir.

Zaxarova hesab edir ki, Avropada silahlı qüvvələrin genişmiqyaslı genişləndirilmələri yeni hərbi-siyasi reallığı yaradır və qitədə qüvvələrin yerləşdirilməsində əhəmiyyətli disbalans yaradır. O, vurğulayıb ki, bu, avro-Atlantika məkanını uzunmüddətli dağıdıcı nəticələrlə təhdid edir.


06:48 17.01.2017
Xəbər lenti
Bütün xəbərlər