KANAL24.AZ
Az Iw En Ru

Bütün xərcləri hökümət öz üzərinə götürdü

Bişkekdə Türkiyəyə məxsus “Boeing 747-400” yük təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların dəfn olunması ilə bağlı xərcləri Qırğızıstan hökuməti öz üzərinə götürəcək.

Bunu Qırğızıstan baş nazirinin müavini Çolpon Sultanbekova deyib.

O həmçinin qeyd edib ki, hadisə nəticəsində xəsarət alanların müalicəsi də dövlət hesabına həyata keçiriləcək.

Qeyd edək ki, bu gün səhər saatlarında Türkiyənin "MyCARGO Airlines" şirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi Bişkek yaxınlığında qəzaya uğrayıb.

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil olmaqla 42 nəfərin həlak olduğu bildirilir.


03:46 17.01.2017
Xəbər lenti
Bütün xəbərlər