KANAL24.AZ
Az Iw En Ru

“Tramp insan hüquqlarına təhlükədir” - MƏRUZƏ

Human Rights Watch (HRW) hüquq müdafiə təşkilatı ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı “insan hüquqlarına təhlükə” adlandırıb.

Bu haqda “The Independent” nəşri bildirib.

Təşkilatın illik məruzəsində deyilir ki, Trampın qələbəsi seçkiqabağı kampaniyasında özünü göstərən qadınlara nifrət, ksenofobiya və irqçi ritorikanın nəticəsi olub.

Qeyd edək ki, Respublikaçılar Partiyasının namizədi olan Donald Tramp 2016-cı il noyabrın 8-də prezident seçilib. İnaqurasiya mərasimi yanvarın 20-də keçiriləcək.


03:26 17.01.2017
Xəbər lenti
Bütün xəbərlər