KANAL24.AZ
Az Iw En Ru

Əl-Babda TERROR: 12 ölü, 30 yaralı

Suriyanın Əl-Bab bölgəsində Azad Suriya Ordusuna məxsus birliklərin toplaşdığı ərazidə bomba yüklü avtomobilin partlaması nəticəsində azı 12 nəfər ölüb, 30 nəfər yaralanıb.

 “Anadolu” agentliyi  bildirir ki, hücum İŞİD terror qruplaşması tərəfindən həyata keçirilib. Ağır yaralılardan bəzilər Türkiyə xəstəxanalarına yerləşdirilib.

Ölənlər və ya yaralananlar arasında “Fərat qalxanı” hərəkatında iştirak edən Türkiyə Silahlı Qüvvələrinin üzvlərinin olmadığı bildirilir.


05:41 16.01.2017
Xəbər lenti
Bütün xəbərlər