KANAL24.AZ
Az Iw En Ru

Dünyanın ən böyük filarmoniya binası

Hamburqda tikilən Elbphilharmonie dünyanın ən böyük filarmoniya binasıdır.

AzNews.az-ın məlumatına görə, müasir Almaniyanın ən qalmaqallı arxitektura layihələrindən biri olan binanın açılışı baş tutub. Binanın tikintisi 10 ilə yaxın davam edib.

Əvvəlcə bina üçün büdcə 75 milyon avro nəzərdə tutulsa da, sonradan xərclər 750 milyon avroya kimi qalxıb.

Elbanın sahilində tikilən bina 26 mərtəbəlidir və çəkisi 78 min tondur. Binada oturacaqlar elə yerləşdirilib ki, tamaşaçı dirijordan 30 metrdən artıq uzaqlıqda qalmasın.

Binada 3 zal var. Ən böyüyünə 2100 tamaşaçı yerləşir. Həmçinin binada mağazalar, fitnes-zalı, 5 ulduzlu otel və 44 penthaus yerləşir.

Binanın açılışında Almaniya kansleri Angela Merkel və Almaniya prezidenti Yoahim Qauk da iştirak edib.


05:31 16.01.2017
Xəbər lenti
Bütün xəbərlər