KANAL24.AZ
Az Iw En Ru

Əfqanıstanda 21 Taliban silahlısı zərərsizləşdirilib

Əfqanıstanda Taliban silahlılarına qarşı əməliyyatlar davam etdirilir.

Ötən sutka ərzində Əfqanıstanda radikal “Taliban” Hərəkatının 21 silahlısı öldürülüb.

Əfqanıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, əməliyyatlar Kapisa, Parvan, Uruzqan və Host əyalətlərində keçirilib. Öldürülən silahlılar arasında “Taliban” Hərəkatının təcrübəli komandirlərindən biri də var.

 


03:28 16.01.2017
Xəbər lenti
Bütün xəbərlər