KANAL24.AZ
Az Iw En Ru

Sevdiyimiz Nutella XƏRÇƏNG YARADA BİLƏR-ALİMLƏRDƏN AÇIQLAMA

Nutella qida məhsulu qadağan ediə bilər. Belə ki, məhsulun əsas tərkib hissəsi palma yağının onkoloji xəstəliklərlə əlaqədar olmasından şübhələniblər.

Ötən ilin mayında ekspertlər müəyyən ediblər ki, 200 dərəcədən yuxarı temperaturda emalı zamanı bu maddə potensial kantserogenə çevrilir.

Tədqiqat Avropa qida məhsullarının təhlükəsizliyi üzrə Agentliyin sifarişinə əsasən keçirilib.

Palma yağı Nutellanın  hamar və axıcılığını təmin edir. Amma alimlər hazırda xərçəng xəstəliyinə tutulma riskindən danışırlar.

Bazarda daha ucuz hesab edilən yağ qırmızıya çalan rənginin və iyinin aradan qaldırılması üçün yüksək temperaturda qızdırırlır. Bu isə həmin məhsuldan istifadə zamanı qlitsidolun ifrazına səbəb olur. Hazırda qlitsidolun genotoksik və kanserogen olduğuna dair dəlillər mövcuddur.

Vəziyyətdən çıxış palma yağının hansısa alternativ komponentlə əvəzlənməsi ola bilər. Amma bu zaman istehlakçılar real məhsulun natamam əvəzedicisi ilə qarşılaşacaqlar. Hər il istehsalat məqsədi ilə təxminən 185 min ton palma yağı istifadə edilir, onun əvəzlənməsi hər il 10-29 milyon dollar məsrəfə başa gələcək.


00:12 13.01.2017
Xəbər lenti
Bütün xəbərlər